Peskov Azərbaycanın Rusiyanı məhkəməyə verməsindən danışdı - "Gözləyirik"

Moskva ilə Bakı arasında münasibətlər çətin dövrə daxil olub və Kreml bunun keçəcəyinə ümid edir . 

Jul 21, 2025 - 14:52
Jul 21, 2025 - 15:08
Peskov Azərbaycanın Rusiyanı məhkəməyə verməsindən danışdı - "Gözləyirik"

SAVASHMEDİA.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

Kreml sözçüsü onu da bildirib ki, Azərbaycan AZAL sərnişin təyyarəsinin vurulması ilə bağlı Rusiyanı məhkəməyə vermək qərarına gəlsə, Moskva rəsmi hökmləri gözləyəcək. 

"İstintaq hərəkətləri davam edir, istintaq gedir. Əgər Azərbaycan belə bir qərar verərsə, bu, Azərbaycanın haqqıdır, rəsmi hökmləri gözləyəcəyik", - Peskov bildirib.  

Qeyd edək ki, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib ki, Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” QSC-yə məxsus "Embraer 190" sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən hələ də heç bir cavab təqdim olunmayıb.

Dövlət başçısı qeyd edib ki, rəsmi Bakı sözügedən məsələ ilə bağlı beynəlxalq məhkəməyə müraciət edəcək və bunun üçün dosye hazırlanır.

Oğuz