Paşinyan onları məhkəməyə verdi – 11 min dollar istəyir
Ermənistanın Baş naziri Nikol Paşinyan haqqında həqiqətə uyğun olmayan və böhtan xarakterli məlumatlar yayan jurnalisti və media qurumunu məhkəməyə verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Datalex” məhkəmə informasiya sistemində məlumat dərc olunub.
Məlumata görə, bu “Yerevan Today” nəşrinin baş redaktoru Sevak Akopyan, “Media plyus” MMC və “Hayeli akumb” demokratiyaya dəstək ictimai təşkilatıdır.
Paşinyan mübahisəli məlumatların videoformatda, izlənmə müddətinə hər hansı məhdudiyyət qoyulmadan ictimaiyyətə təkzib edilməsini istəyir. Bununla yanaşı, o, mənəvi ziyana görə adıçəkilən üç cavabdehdən ümumilikdə 4 milyon dramdan (11 min dollardan çox) təzminat tutulmasını tələb edir.
Məhkəməyə müraciət üçün əsas kimi noyabrın 19-u və 20-də yayımlanmış bir sıra materiallar göstərilib. Paşinyanın iddiasına görə, həmin nəşrlərdə o, “yüksəksəviyyəli soyğunçuluq” və “ən yüksəksəviyyəli korrupsiya” ilə əlaqələndirilib.
Ermənistanın Baş naziri həmçinin məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra beş iş günü ərzində mübahisəli məlumatların yayımlandığı “YouTube” kanallarında, xəbər portallarında və “Facebook” səhifələrində rəsmi təkzib verilməsini tələb edir.
Banu