Rusiyada qubernator SAXLANILDI

Rusiyanın Murmansk vilayətinin qubernatoru Andrey Çibis büdcə vəsaitlərinin mənimsənilməsi şübhəsi ilə saxlanılıb.

Nov 24, 2026 - 11:18
Rusiyada qubernator SAXLANILDI

SAVASHMEDİA.az xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, araşdırılan cinayət işi çərçivəsində tikinti və nəqliyyat layihələrinə ayrılmış 1 milyard rubldan artıq vəsaitin mənimsənilməsi ehtimalı yoxlanılır.

İstintaqın məlumatına əsasən, Çibis bir qrup şəxslə birlikdə törədildiyi ehtimal olunan maliyyə pozuntularında şübhəli bilinir.

Qubernatorun barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə məhkəmədə baxılması gözlənilir.

Aytən