"Əvvəlcə onunla dost olacağam, sonra isə öldürəcəyəm” - Güllünün qızından etiraf 

Türkiyəli müğənni Güllünün (Gül Tut) şübhəli ölümü ilə bağlı daha bir şahid ifadə verib.

Nov 2, 2025 - 00:00
Dec 9, 2025 - 18:11
"Əvvəlcə onunla dost olacağam, sonra isə öldürəcəyəm” - Güllünün qızından etiraf 

SAVASHMEDİA.az xəbər verir ki, Güllünün, qızı Tuğyan Ülkem Gülterin və ailə dostları Bircan Dülgerin tanışı Çağrı Kutlu da prokurorluqda şahid kimi dindirilib.

B.Dülger kimi o da, Güllünü qızı Tuğyan Ülkem Gülterin qətlə yetirdiyini bildirib:

“Tuğyanı Bircan vasitəsilə tanımışam. Bircan evimə təmizlik işləri görməyə gəlirdi. Bir müddət sonra dostlaşdıq, aramızda bacı-qardaş münasibəti yarandı. Tuğyanla da onun sayəsində bir il öncə tanış olmuşam. Mənə problemlərindən, uşağından, uşağının atasının narkotacir olduğu üçün həbsxanada cəza çəkdiyindən danışmışdı. Özünün narkotik istifadə etmədiyini demişdi, ancaq sonra onun narkotik aludəsi olduğunu həm eşitdim, həm də şahid oldum. 

Təxminən 7 ay öncə Tuğyanla sahildə oturub söhbət edirdik. Həmin vaxt Gül bacı (Güllü-red) yanımıza gəldi. Gül bacı ilə onda tanış olduq. Dərdləşməyə başladıq. Uşaqlarının sözünə baxmadığını dedi

Aprel ayında Tuğyan mənə zəng edib anasından şikayətləndi. “Abi, mən qatil olacağam, özü hər qələti edir, ancaq məsələ mən olanda həyatıma müdaxilə etməyə başlayır, mən bunu öldürəcəyəm” dedi. Tuğyanın Kervan adlı evli və uşağı olan sevgilisi vardı. Gül bacı onunla görüşməsini istəmirdi. Anası ilə dalaşandan sonra mənə zəng etmişdi. Danışdıq və onu sakitləşdirdim. Daha sonra Bircan zəng etdi və özünün Armutluda olduğunu bildirdi, Tuğyana kömək edə bilməyəcəyi üçün məndən onu sakitləşdirməyimi xahiş etdi. 6-7 saat sonra Tuğyan yanıma gəldi. “Uşağımı və anamı öldürəcəyəm, evdə 2 milyon dəyərində qızıl var, onları satsam da mənə bəs etməz” dedi”.

Tuğyan dəfələrlə Çağrı Kutluya anasını öldürəcəyini deyib, hətta bunun üçün planlar da qurub:

“May ayında məndən pul istədi. Verdim, pulu götürüb Tekirdağa getdi. Orada fahişəliklə də məşğul olub. Bunu mənə özü danışmışdı. İyunda yenidən yanıma gəldi. Əlində plastik qabda narkotik maddə vardı. Yenə də anasından danışdı və “Bu qadın öləcək. Əvvəlcə onunla dost olacağam, sonra isə öldürəcəyəm” dedi”.

Ç.Kutlu bildirib ki, Tuğyan anasını öldürmək üçün silah da axtarıb:

“Tuğyan davamlı qumar oynayırdı. Hətta Gül xanımı da qumara o öyrətmişdi. Gül xanımın onlayn bankçılıqdan başı çıxmırdı. Onun onlayn bank işlərini Tuğyan və Deniz həll edirdi. Tuğyan həmişə bu işlər üçün anasına lazım olandan çox məbləğ deyib qalanını özünə götürürdü. O, anasını öldürmək üçün silah da axtarırdı. Hətta qızının dayəsinin oğlu Osmandan silah tapmasını xahiş etmişdi”.

Tuğyan Çağrı Kutludan şahid kimi ifadə verməməsini tələb edib:

“2 gün əvvəl mənə zəng edərək danışmamağımı tələb etdi. Hətta mənə “anamı mən öldürmüş olsaydım, qaçıb gedərdim” dedi. 

Xatırladaq ki,müğənninin ailə dostu və qonşusu Bircan Dülger də ötən günü prokurorluqda verdiyi ifadədə Güllünü qızı Tuğyanın öldürdüyünü deyib. O bildirib ki, Tuğyan Güllünü qətlə yetirdiyini “Mən öldürmüşəm, amma çox peşmanam” deyərək özü etiraf edib.

Qeyd edək ki, müğənni Güllü (Gül Tut) sentyabrın 26-da Yalovada yaşadığı binanın 6-cı mərtəbəsindən düşərək həyatını itirib. Övladları verdikləri ifadədə analarının qaraçı rəqsi edərkən sürüşərək açıq olan pəncərədən yıxıldığını bildirmişdilər. Lakin Güllünü tanıyanlar və sənət dostları onun cinayətə qurban getdiyi düşüncəsində idilər.

Banu

Mövzu ilə əlaqəli xəbərin linki: https://savashmedia.az/qizi-zeng-etdi-ki-qanli-koynek-sendedir-meni-niye-satdin-gullunun-qonsusu-danisdi