Hansı sürətdə yanacağa qənaət edilir? - Sürücülərin bilməli olduğu MƏQAM

Sürücülər arasında yanacağa qənaət etmək üçün 90–100 km/saat sürət tez-tez optimal göstərici kimi təqdim edilir. Bu nə dərəcədə doğrudur?

Nov 9, 2026 - 20:41
Hansı sürətdə yanacağa qənaət edilir? - Sürücülərin bilməli olduğu MƏQAM

SAVASHMEDİA.az xəbər verir ki, yanacaq sərfiyyatının minimuma endirilməsi təkcə sürətdən deyil, mühərrikin xüsusiyyətlərindən, ötürmə sistemindən və yol şəraitindən də asılıdır.

Bir çox avtomobildə təxminən 60–90 km/saat sürət diapazonu yanacağa qənaət baxımından əlverişli hesab olunur. Lakin bu göstərici bütün nəqliyyat vasitələri üçün eyni deyil.

Sürət artdıqca avtomobilin qarşılaşdığı aerodinamik müqavimət də yüksəlir. Nəticədə mühərrik daha çox enerji sərf edir və yanacaq sərfiyyatı artır.

Mütəxəssislər yanacağa qənaət üçün sabit sürətlə hərəkət etməyi, qəfil sürətlənmə və əyləcləmədən çəkinməyi, mühərrikin dövrlərini optimal səviyyədə saxlamağı tövsiyə edirlər.

Aytən