“Həbiblə bağlı dediklərim zarafat idi” - Tramp sözünü DANDI
ABŞ Prezidenti Donald Tramp UFC rəhbəri Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif etməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp jurnalistlərə bu təklifdə ciddi olmadığını deyib.
“Mən sizə açıq deyim, sadəcə zarafat etmişdim”, - ABŞ lideri qeyd edib.
Xatırladaq ki, noyabrın 7-də Tramp Dana Uayta Ağ Evin mətbuat katibi vəzifəsini təklif edib. O, UFC rəhbərini “qızğın döyüşçü və mübariz” adlandıraraq, onun indiyədək görünməmiş bir mətbuat katibi ola biləcəyini söyləyib. Bundan başqa, Tramp Uayta rusiyalı UFC döyüşçüləri İslam Mahaçev və Həbib Nurməhəmmədovu özünə köməkçi götürməyi də məsləhət görüb. ABŞ lideri onların ölkəni “ağlı başında olmayan solçulardan” qorumaq üçün lazım olduğunu bildirib.
Banu