Özgür Özel İlham Əliyevə ZƏNG ETDİ
Yeni Partinin sədri Özgür Özel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "X" hesabında paylaşım edilib.
Özgür Özel Zəfər Günü münasibətilə dövlətimizin başçısını və Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib.
Telefon danışığı əsnasında Azərbaycan və Türkiyə dövlətləri və xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin sarsılmaz olduğu qeyd edilib.
Banu