“Qalatasaray”ın “sarı torba” mesajı kürdləri ayağa qaldırdı - MƏNASI NƏDİR? + VİDEO

“Trendyol” Super Liqasının 11-ci həftəsi çərçivəsində ötən gün “Qalatasaray”- “Amedspor” oyunu baş tutub.

Nov 8, 2026 - 17:37
Nov 8, 2026 - 17:47
“Qalatasaray”ın “sarı torba” mesajı kürdləri ayağa qaldırdı - MƏNASI NƏDİR? + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, İstanbul təmsilçisi kürdlərin klubu adlandırılan “Amedspor”u 4-3 hesabı ilə məğlub edib.

Matçdan sonra “Qalatasaray”ın rəsmi mağazası “GSStore”un sosial media hesabında yayımladığı video “Amedspor” klubunun və kürd azarkeşlərin sərt etirazına səbəb olub. Videoda “Yenilməz” başlığı ilə qızılı rəngli paket görüntüsü əks olunub.

“Amedspor” və azarkeşləri qızılı paketi “sarı torba” ifadəsi ilə əlaqələndiriblər. Bundan sonra azarkeşlər “Qalatasaray”ı təhqir edən paylaşımlar edib, hətta klubun prezidenti Nahit Eren İstanbul təmsilçisini üzr istəməyə çağırıb və 15 vəkillər kollegiyasının məsələ ilə bağlı cinayət işi açacağını bildirib. 

“Qalatasaray”ın rəsmi mağazası videonu silərək açıqlama vermək məcburiyyətində qalıb:

“Futbolçumuz Barış Alper Yılmaz üçün xüsusi olaraq hazırlanmış formanın təqdimat videosunda istifadə edilən qızılı rəngli qablaşdırma kağızının görüntüsünün müxtəlif formalarda şərh edilməsini təəssüflə izləyirik. Sözügedən görüntü yalnız məhsulun xüsusi qablaşdırma dizaynının bir hissəsidir və bundan başqa heç bir məna və ya mesaj daşımır”.

Xatırladaq ki, “sarı torba” Türkiyədə terror təşkilatı PKK-nın üzvlərinin zərərsizləşdirilməsindən sonra cəsədlərinin daşınmasında istifadə edilən meyit torbasına işarə edir.

Banu