Bu tarixə qədər Bakıda YAĞIŞ YAĞACAQ - XƏBƏRDARLIQ
Azərbaycanda qeyri-sabit hava şəraitinin noyabrın 10-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.
SAVASHMEDİA.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, Bakıda və Abşeron yarımadasında noyabrın 10-u səhərədək yağış yağacaq, bəzi yerlərdə yağıntı intensivləşəcək.
Rayonlarda da leysan, şimşək, dolu, dağlıq ərazilərdə isə qar ehtimalı var.
Yağıntılarla əlaqədar Böyük Qafqaz və Lənkəran-Astara bölgəsinin bəzi çaylarında sel və daşqın baş verə bilər.