Ərdoğanın Azərbaycan səfəri ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Qarabağa səfər edəcək.

Nov 7, 2026 - 22:28
Ərdoğanın Azərbaycan səfəri ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran "X" sosial şəbəkəsindəki hesabında məlumat verib.

Paylaşımda deyilir: "Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəvəti ilə Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan 2026-cı il noyabrın 8-də Qarabağa səfər edəcək. Azərbaycanın Zəfər Günü münasibətilə baş tutacaq bu səfər çərçivəsində Prezidentimiz və Prezident İlham Əliyev Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif aspektlərini nəzərdən keçirmək, həmçinin regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparmaq məqsədilə ikitərəfli görüş keçirəcəklər".

Qeyd edək ki, səfər çərçivəsində iki ölkə liderinin təkbətək görüşü və strateji müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi istiqamətində vacib müzakirələrin aparılması planlaşdırılır.