Qaçırıldığı deyilən təyyarənin İÇİNDƏN ŞOK VİDEO – Sərnişinlər DANIŞDI

Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində baş verən insidentlə bağlı sərnişin ifadələri əsasında yeni detallar ortaya çıxıb.

Sep 30, 2026 - 15:44
Sep 30, 2026 - 16:03
Qaçırıldığı deyilən təyyarənin İÇİNDƏN ŞOK VİDEO – Sərnişinlər DANIŞDI

SAVASHMEDİA.az “The Times of Israel”ə istinadən xəbər verir ki, təyyarənin kokpitində (pilot kabinəsi-red) pilotlar arasında ciddi insident baş verib. Kapitan ikinci pilot tərəfindən bıçaqlanıb. 

Hadisədən sonra sərnişinlər və ekipaj üzvləri kokpitə daxil olaraq müdaxilə edib və hücum edən şəxsi zərərsizləşdiriblər.

Təyyarədə olan sərnişinlərdən birinin “Kanal 12” telekanalına verdiyi açıqlamada isə bildirilib:

“Hadisə zamanı qışqırıq səsləri eşitdik. Mübahisə edirdilər. Kokpitin qapısı açıldıqdan sonra içəridə qan olduğunu gördük. Pilotlardan biri cib bıçağı ilə yaralanmışdı”. 

Başqa bir sərnişin isə pilotlardan birinin ağır yaralandığını və təyyarənin idarəetməni itirərək sürətlə aşağı endiyini deyib.

İsrail mətbuatının hadisə ilə bağlı yaydığı videolardan birində yaralanmış pilotun təyyarənin salonunda qan içində yerdə uzandığı, sərnişinlərin ona kömək etdiyi görünür. Eyni görüntüdə başqa bir ekipaj üzvünün yanında bağlanmış vəziyyətdə olduğu bildirilən şəxs də əks olunub. Sərnişinlərdən biri kameraya müraciət edərək pilotu qoruduqlarını və hücum edən şəxsi zərərsizləşdirdiklərini bildirib.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)