Ulduz futbolçu öldürülüb, yerinə OXŞARI OYNAYIR? - “O, əsl Vinisius deyil” + FOTOLAR
““Real Madrid”in və Braziliya millisinin ulduz futbolçusu Vinisius Junior öldürülüb”.
SAVASHMEDİA.az xəbər verir ki, bu iddia sentyabr ayında Braziliyanın bəzi forumları və “TikTok” hesablarında yayılıb.
İddialara görə, Vinisius 2026-cı il Dünya Çempionatından sonra müəmmalı şəkildə yoxa çıxıb. Guya futbolçu öldürülüb və reklam müqavilələrinin davam etdirilməsi üçün onun yerinə Vinisiusa bənzəyən başqa şəxs gətirilib.
İddianı ortaya atanların əsas arqumentlərindən biri Vinisiusun bədənindəki tatuajlarla bağlıdır. Onlara görə, Braziliya millisinin düşərgəsində, eləcə də Avstraliya ilə oyunda görüntülənən Vinisiusun budundakı tatuajlar “Real Madrid” formasında görünən futbolçunun tatuajlarından fərqlidir.
İki fərqli Vinisius
Eyni zamanda, futbolçunun üz cizgilərindəki dəyişiklik də arqumentlərdən biri kimi sadalanıb. Həmin şəxslər Vinisiusun estetik toxunuşlarla üz cizgilərini dəyişdirdiyi xəbərlərinin futbolçunun öldürülməsi ilə bağlı həqiqəti gizlətmək üçün yazıldığını bildiriblər.
İddiaların ifrata varan halında isə CIA, Rotşild ailəsi və “elitaların” Dünya Kubokundan sonra Vinisiusu öldürdüyü və onun yerinə başqa şəxsi gətirdiyi qeyd olunub.
İddiaların bəziləri isə Vinisius Juniorun “reptilianlar” (sürünənəbənzər yadplanetlilər-red) tərəfindən qaçırıldığı yönündədir. Bu iddiaya da əsas kimi braziliyalı görücü Vo Bahiananın gördüyü yuxu göstərilib. Vo Bahiana videolarından birində Mayamidəki futbol stadionuna yadplanetlilərin endiyini və braziliyalı futbolçuları apardığını yuxuda gördüyünü bildirib.
Qeyd edək ki, bütün bu iddialara baxmayaraq, Vinisiusun öldürüldüyünü, dəyişdirildiyini və ya yadplanetlilər tərəfindən qaçırıldığını təsdiqləyən heç bir etibarlı sübut yoxdur. Bu iddialara nə Vinisiusun özü, nə ətrafı, nə də “Real Madrid” klubu reaksiya verib.
Banu