İrəvanda qaldırılan pankartda nə yazılmışdı? - Azərbaycan UEFA-ya şikayət etdi

Ermənistanın paytaxtı İrəvanda keçirilən futbol matçında Azərbaycanın etirazına səbəb olan hadisə baş verib.

Nov 14, 2026 - 14:56
İrəvanda qaldırılan pankartda nə yazılmışdı? - Azərbaycan UEFA-ya şikayət etdi

SAVASHMEDİA.az xəbər verir ki, noyabrın 12-də İrəvanda keçirilən Ermənistan - Kipr (1:1) matçında erməni azarkeşlər “Artsakh Has Not Been Forgotten” (“Artsax unudulmayıb”) yazılmış pankart nümayiş etdiriblər. 

Kiprli azarkeşlər də “Cyprus Does Not Forget” (“Kipr unutmur”) şüarı ilə onlara qoşulublar.

AFFA hadisəyə etiraz edərək baş verənlərlə bağlı UEFA-ya rəsmi müraciət ünvanlayıb.

AFFA-nın baş katibi Cahangir Fərəcullayevin imzaladığı müraciətdə stadionlarda siyasi və təxribat xarakterli simvolların nümayişinin UEFA-nın intizam qaydalarına zidd olduğu vurğulanıb.

Azərbaycan tərəfi hadisənin araşdırılmasını, məsul şəxslərə qarşı müvafiq tədbirlərin görülməsini və belə halların təkrarlanmamasını tələb edib.

UEFA-nın şikayətlə bağlı qərarı hələ açıqlanmayıb.

Oğuz