Emre Belözoğlu "Fənərbaxça"da - RƏSMİ

Emre Belözoğlu Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçisi postuna qayıdıb.

Nov 4, 2026 - 01:21
Emre Belözoğlu "Fənərbaxça"da - RƏSMİ

SAVASHMEDİA.az xəbər verir ki, İstanbul təmsilçisi təcrübəli mütəxəssislə 1,5 illik müqavilə imzalayıb. 

Xatırladaq ki, Belözoğlu “Fənərbaxça”ya yad sima deyil. O, 2020-2021-ci illər mövsümündə İstanbul klubunun baş məşqçisi kimi fəaliyyət göstərib. Həmin dönəmdə komanda onun rəhbərliyi altında 10 oyunda 7 qələbə qazanıb, 2 heç-heçə edib və 1 dəfə məğlub olub.

46 yaşlı mütəxəssisin sonuncu iş yeri “Kasımpaşa” olub. Onun rəhbərliyi altında komanda bu mövsüm 10 qarşılaşmada 17 xal toplayaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 

Oğuz