Yerə düşən sırğanı təkcə Ceyhun Bayramov gördü və... – Gündəm olan VİDEO

Bu gün Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) sammiti çərçivəsində Türk Dövlətləri Mədəniyyət Parkının açılışı olub. 

Oct 29, 2026 - 22:03
Oct 29, 2026 - 22:07
Yerə düşən sırğanı təkcə Ceyhun Bayramov gördü və... – Gündəm olan VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, açılışda maraqlı hadisə yaşanıb. 

Belə ki, rəsmilərin foto çəkdirdiyi zaman Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xanımı Ziroat Mirziyoyevanın sırğası yerə düşüb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sırğanı yerdən götürərək birinci xanıma təqdim edib.

Ziroat Mirziyoyeva nəzakətli davranışına görə Ceyhun Bayramova təşəkkürünü bildirib.

Aytən

Həmin görüntüləri təqdim edirik: