“Artıq çarə yoxdur, alınmır, nə edək?!" - Arayikin İrəvan yolu bağlandı? 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda saxlanılan ermənilərin geri qaytarılması ilə bağlı göstərdikləri cəhdlərin nəticəsiz qaldığını bildirib.

Oct 29, 2026 - 00:47
“Artıq çarə yoxdur, alınmır, nə edək?!" - Arayikin İrəvan yolu bağlandı? 

SAVASHMEDİA.az xəbər verir ki, nazir bu barədə oktyabrın 28-də parlamentdə hökumət saatı zamanı deputat Syuzanna Avetisyanın sualını cavablandırarkən danışıb.

“Bu sualı məni siyasi cəhətdən aciz vəziyyətə salmaq üçün verirsiniz, yoxsa həqiqətən cavabı bilmək istəyirsiniz?” - Mirzoyan deputata müraciət edib.

Nazir müxtəlif dövlətlərə və təşkilatlara müraciət etdiklərini, lakin nəticə əldə edə bilmədiklərini etiraf edib.

“Artıq çarə yoxdur, bu məsələ həll olunmalıdır. Nəsə etməyə çalışırıq, amma alınmır, nə edək?! Müxtəlif dövlətlərə və təşkilatlara müraciət etmişik. Gedib-gəliblər, deyiblər ki, yox, yox, yox”, - Mirzoyan bildirib.

O, üçüncü ölkələr vasitəsilə nəticə əldə etməyin mümkün olmadığını vurğulayıb. Nazir problemin həlli istiqamətində fəaliyyətin davam etdiyini və bu yolun Azərbaycanla dialoqdan keçdiyini qeyd edib.

Qeyd edək ki, erməni müxalifəti “Bakıda saxlanılan erməni məhbuslar” dedikdə, hərbi cinayətlərə görə Azərbaycanda həbs həyatı yaşayan Arayik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və digər terrorçuları nəzərdə tutur.

Səlcuq