Qurbağa ətinin yeyilməsində problem yoxdur - RƏSMİ

Bir məhsul təmiz olmalı, istehlak forması ədalətli aparılmalı, ən əsası, qida dadlı olmalıdır

May 30, 2025 - 23:20
Qurbağa ətinin yeyilməsində problem yoxdur - RƏSMİ

"Qurbağa əti bir çox ölkələrdə delikates sayılır. Bir məhsul təmiz olmalı, istehlak forması ədalətli aparılmalı, ən əsası, qida dadlı olmalıdır. Genetik faktorlar var. Bəzi qidalar var ki, biz yesək, xəstəxanalıq olarıq, amma Afrikanın hansısa bölgəsində normal həzm edirlər".

SAVASHMEDİA.az xəbər verir ki, bu fikirləri Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın qastroturizm perspektivləri mövzusunda keçirilən media təqdimatında Dövlət Turizm Agentliyinin qastroturizm bölməsinin rəhbəri Səkinə Əsgərova deyib.

O bildirib ki, tələbat olduğu üçün qurbağa ətinin yeyilməsində problem yoxdur.