Maskın siyasətdən getmə səbəbi bilindi, hər gün hallanırmış - Özündən ETİRAF

İlon Mask siyasətdən narkotikə görə uzaqlaşdırılıb.

May 30, 2025 - 22:52
Maskın siyasətdən getmə səbəbi bilindi, hər gün hallanırmış - Özündən ETİRAF

SAVASHMEDİA.az xəbər verir ki, bu iddianı “New York Times” qəzeti ortaya atıb.

Qəzetin yazdığına görə, Mask Donald Trampın seçki kampaniyası dövründə də yüksək dozada narkotik maddələrdən istifadə edib.

İlon Mask əslində 2024-cü ildə verdiyi reportajda aşağı dozada ketamin istifadə etdiyini bildirmişdi:  

“Yüksək dozada ketamin istifadə etsəniz, iş görə bilməzsiniz. Mən iş adamıyam işlərim var, yüksək dozadan söhbət gedə bilməz. Reseptlə aşağı dozada istifadə edirəm”.

Lakin “New York Times”a açıqlama verən şahidlər Maskın ketamini hər gün və yüksək dozada istifadə etdiyini, həmçinin yanaşı ekstazi, halisünogen göbələklər də qəbul etdiyini bildiriblər. Qəzet yazır ki, davamlı ketamin istifadə edənlərdə sidik kisəsi probleminə tez-tez rast gəlinir. İlon Mask hökumət tərkibində qatıldığı toplantılarda tez-tez ayaqyoluna getməsinə sidik kisəsi probleminin olduğunu əsas gətirib.

Qəzet bildirib ki, Maskın həddindən artıq narkotik istifadə etdiyinə bir sübut da onun lazımsız yerlərdə qeyri-adi rəqsləri, rəsmi görüşlərdə davranışlarını bilməməsi, özünü də çətin duruma salan “nasist salamı” verməsidir. Hətta müğənni sevgilisi Qrayms da Maskın oğlunu təbliğat vasitəsi kimi istifadə etməsini anormal hərəkət adlandırmışdı. 

“New York Times” qeyd edir ki, Maskın digər övladları ilə də münasibətlərinin pisləşməsinə səbəb narkotikin təsiri ilə özündə olmamasıdır. Hətta narkotikin təsiri altında etdiyi hərkətlər dostlarını da ondan uzaqlaşdırıb.
Məsələn, alim Filip Lou Maskın “nasist salamı” jestini pisləyib və “bu davranışlarına görə daha ona simpatiya duymuram” deyib. Başqa bir dostu Sem Harris  Maskın artıq yalanı təşviq etdiyini və əxlaq hissini itirdiyini bildirib.

Vəsilə İbrahim