"Bütün Ukrayna bizimdir, rus əsgərinin ayağı dəyən hər yer Rusiyadır" - Putin 

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən iqtisadi forumda çıxışı zamanı  iclasın moderatorunun Rusiya ordusunun Ukraynada haraya qədər gedəcəyi ilə bağlı sualını cavablandırıb.

Jun 20, 2025 - 20:10
Jun 20, 2025 - 21:38
"Bütün Ukrayna bizimdir, rus əsgərinin ayağı dəyən hər yer Rusiyadır" - Putin 

SAVASHMEDİA.az xəbər verir ki, Putin rusiyalıları və ukraynalıları bir xalq hesab etdiyini deyib.

"Biz eyni xalqıq. Bu mənada bütün Ukrayna bizimdir. Lakin biz formalaşmaqda olan reallıqlardan çıxış edirik. Təbii ki, qonşu ölkədə öz suverenliyini və müstəqilliyini təmin etməyə çalışan insanlar var və biz heç vaxt Ukrayna xalqının müstəqillik və suverenlik hüququnu şübhə altına almamışıq. Amma belə bir köhnə qayda var - Rus əsgəri ayağını hara basırsa, ora bizimdir", - o əlavə edib.

Oğuz