Putin canlı efirdə sualları cavablandırır - BİRBAŞA YAYIM
Rusiya prezidenti Vladimir Putin canlı efirdə ilin yekunlarına həsr olunmuş “birbaşa xətt” və mətbuat konfransı keçirir.
SAVASHMEDİA.az xəbər verir ki, birləşdirilmiş tədbirlər Moskvadakı “Qostinı Dvor”da təşkil edilib.
Tədbir “Pervı” kanalın hərbi müxbiri Dmitri Kulko və Rusiya Televiziya və Radio Yayımları Şirkətinin aparıcısı Aleksandra Suvorovanın moderatorluğu ilə aparılır.
Tədbirə A4 vərəqindən böyük plakatlar və bayraqların, eləcə də istənilən dronun gətirilməsi qadağan edilib.
Bu il “birbaşa xətt”ə 1 milyondan çox sual daxil olub. Sakinlərin sualları ilə yanaşı, jurnalistlərin də sualları olacaq.
Rusiya prezindetinin mətbuat katibi Dmitri Peskov deyib ki, tədbir üçün təkcə Rusiya deyil, həm də xarici müxbirlər akkreditasiya olunub. Onların arasında Qərb mediasının nümayəndələri də var.
Qeyd edək ki, ötən il Putinin “birbaşa xətt”i və mətbuat konfransı 4 saat 4 dəqiqə davam etmişdi.
Xatirə SADİQ