"İsrail demək olar, rusdilli ölkədir" - Putin

"İsrail demək olar ki, rusdilli ölkədir və Rusiya bunu həmişə nəzərə alır".

Jun 20, 2025 - 21:54
"İsrail demək olar, rusdilli ölkədir" - Putin

SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında deyib.

"Diqqətinizi bir fakta cəlb etmək istəyirəm ki, İsraildə keçmiş Sovet İttifaqından və Rusiya Federasiyasından köçmüş 2 milyona yaxın insan yaşayır. Bu gün İsrail demək olar ki, rusdilli ölkədir və biz, əlbəttə, müasir Rusiya tarixində bu faktı həmişə nəzərə alırıq", - dövlət başçısı bildirib.

Oğuz