İcra başçısı ilə birgə 9 nəfər tutulub - Aralarında xanım da var

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində ümumilikdə 9 nəfər saxlanılıb.

Jun 20, 2025 - 22:15
İcra başçısı ilə birgə 9 nəfər tutulub - Aralarında xanım da var

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə teleqraf məlumat yayıb.

Bildirilib ki, icra başçısı Musa Şəkiliyevlə yanaşı, onun birinci müavini Elbrus Tağıyev, İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova, Qax Bələdiyyəsinin sədri Eyvaz Orucov, Qax Kommunal Müəssisələri Kombinatının direktoru Eldəniz Şabanov da saxlanılanlar arasındadır.

Onlar rüşvət alma, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və aşmada ittiham olunurlar.