Qızıl qaçaqmalçılığında ittiham olunan sabiq baş konsul ONUN QARDAŞIDIR

Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu qaçaqmalçılıqda ittiham olunur.

Sep 10, 2026 - 15:35
Qızıl qaçaqmalçılığında ittiham olunan sabiq baş konsul ONUN QARDAŞIDIR

SAVASHMEDİA.az xəbər verir ki, sabiq konsul Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.

Cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.

Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb.

O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsulu vəzifəsinə təyin edilib. 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb.

Xatırladaq ki, o, Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır.