İranın Hörmüz cavabı ABŞ-nın "boğazında qaldı" - "Heç bir gəmi keçməyəcək" 

İran ABŞ-nin son təklifini rədd edərək bildirib ki, Hörmüz boğazı müharibə başa çatana qədər gəmilərin hərəkəti üçün tam açılmayacaq.

Aug 3, 2026 - 18:31
İranın Hörmüz cavabı ABŞ-nın "boğazında qaldı" - "Heç bir gəmi keçməyəcək" 

SAVASHMEDIA.az xəbər verir ki, bundan öncə Vaşinqton İran tərəfinə Hörmüz boğazında gəmiçiliyin tam bərpası ilə bağlı təklif vermişdi.

İran buna cavab olaraq bildirib ki, Hörmüz boğazında tam və təhlükəsiz gəmiçilik rejimi yalnız hərbi qarşıdurma başa çatdıqdan sonra bərpa oluna bilər.

Qeyd edək ki, Hörmüz boğazı dünyanın ən mühüm enerji marşrutlarından biri hesab olunur. Körfəz ölkələrindən ixrac edilən neft və mayeləşdirilmiş təbii qazın əhəmiyyətli hissəsi məhz bu boğaz vasitəsilə dünya bazarlarına çatdırılır. 

Bu səbəbdən burada yaranan istənilən gərginlik qlobal enerji bazarlarında qiymətlərin dəyişməsinə və beynəlxalq ticarətə mənfi təsir göstərir.

Aytən