Zelenski Fitsonu bu sözlərlə susdurdu – “Sənə atəş açanı niyə bağışlamadın?”
Ukrayna prezident Volodimir Zelenski Slovakiyanın baş naziri Robert Fitsoya Rusiyanın təcavüzünü pisləmək lazım olduğunu necə izah etdiyindən danışıb.
SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu, Zelenskinin yanvarın 15-də Varşavaya səfəri zamanı Polşa mətbuatına müsahibəsi zamanı baş verib.
Avropanın bəzi ölkələrində, xüsusən Slovakiyada rusiyayönlü əhval-ruhiyyənun yayılması ilə bağlı suala cavabında Zelenski bildirib ki, Slovakiyaya gəldikdə, onların siyasətçiləri müharibənin nə olduğunu tam dərk etmir, başa düşmür və sadəcə olaraq konyunkturadan istifadə edirlər.
“Əlbəttə, Slovakiyadakı insanlar müxtəlif fikirlərə malikdir. Lakin Slovakiya hökuməti çox təhlükəli oyunlar oynayır və bunu ona görə edirlər ki, müharibə onların evinə gəlməyib. Onlar bunu başa düşmürlər. Və mən hesab edirəm ki, şər cəzalandırılmalıdır”, - deyə Zelenski əlavə edib.
Sonra Ukrayna lideri açı şəkildə Slovakiyanın baş naziri Robert Fitso ilə Avropa İttifaqı (Aİ) sammitlərindən birində baş tutan söhbəti xatırladıb.
“O mənə dedi ki, “burada harada şərin olmasını, harada olmamasını hələ anlamaq lazımdır”. Mən isə ona cavab verdim ki, qatili bağışlamaq olmaz. Mən ona dedim: “Sizə atəş açdılar. Sən niyə qatili bağışlamadın? Sənə güllə atan adamı niyə həbs etdin?”, - deyə Zelenski vurğulayıb.
Zelenski bildirib ki, həmin söhbət zamanı Fitsonun nəzərinə çatdırıb ki, özü və Avropanın digər liderləri Slovakiya baş nazirinə olan sui-qəsdi pisləyiblər. “Çünki insanlara atəş açmaq cinayətdir. Və Putin də belədir, o, başqa insanlara atəş açır”.
Xatirə SADİQ