Hələb şəhərində türk konsulluğu açılır – Hakan Fidan
Türkiyənin Suriyanın Hələb şəhərindəki Baş Konsulluğu yanvarın 20-dən etibarən fəaliyyətə başlayacaq.
SAVASHMEDİA.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Hakan Fidan Ankarada suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə görüşdən sonra bildirib.
Hakan Fidan diqqətə çatdırıb ki, türk konsulluğu 12 illik fasilədən sonra fəaliyyətə başlayacaq: “Ümid edirik ki, Hələbdəki Baş Konsulluğumuzun yanvarın 20-də fəaliyyətə başlayacaq və Türk Hava Yollarının uçuşlarının tezliklə başladığını görəcəyik”.
Əsəd rejiminin uzun illər Suriyada terror təşkilatlarına ev sahibliyi etdiyini və terrorizmi ixrac etdiyini xatırladan Fidan bəyan edib ki, yeni Suriyada terror təşkilatlarına yer yoxdur.
Türk naziri Suriyanın yeni administrasiyasının terrorla mübarizə əzmindən məmnun qaldıqlarını bildirib və bu istiqamətdə implementasiyanın həyata keçirilməsinin zəruriliyini bildirib.
Fidan xatırladıb ki, Türkiyə terror təşkilatlarına qarşı mübarizədə üçüncü ölkələrlə əməkdaşlıqda əhəmiyyətli təcrübəyə malikdir və Suriyada da yeni administrasiya ilə oxşar əməkdaşlığı sınamaq istərdilər.
Xatirə SADİQ