Respublikaçı konqresmen İvanişviliyə qarşı sanksiyaları alqışladı
ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Maykl Makkol “Gürcü arzusu”nun lideri Bidzina İvanişviliyə qarşı sanksiyaları alqışlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “News Georgia” məlumat yayıb.
Respublikaçı konqresmenin sözlərinə görə, İvanişviliyə qarşı sanksiya qərarının vaxtı çoxdan çatmışdı.
“O və onun partiyası Gürcüstanı avtokratiyaya gedən yola çəkdiyinə, gürcü xalqının istədiyi və layiq olduğu transatlantik gələcəkdən uzaqlaşdırdığına görə cavab verməlidir”, - respublikaçı konqresmen vurğulayıb.
Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi dekabrın 27-də biznesmen İvanişviliyə qarşı sanksiyalar tətbiq edib. İvanişvilinin ştatlardakı aktivləri dondurulub. Gürcüstanın ən varlı adamı Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) SDN siyahısına daxil edilib. İndi ABŞ-nin bütün fiziki və hüquqi qurumlarına onunla iş görmək qadağandır.
ABŞ Xəzinədarlığı həm də milyarderin Sinqapurdakı “Credit Suisse” bankına qarşı iddiası ilə bağlı istənilən əməliyyatı qadağan edib. Orada İsveçrə bankının İvanişviliyə kompensasiyanın məbləği məsələsi həll edilirdi.
Xatirə SADİQ