“Tramp divara sıxışdırılıb” – amerikalı politoloq

Amerikalı siyasətçi, respublikaçı Boris Pinkus president Donald Trampı sərt tənqid edib. 

Mar 17, 2025 - 17:06
“Tramp divara sıxışdırılıb” – amerikalı politoloq

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə ukraynalı jurnalist Alesya Batsmana müsahibəsində danışıb. 

“Necə ola bilər ki, danışıqlardan əvvəl Ukraynanın NATO-ya üzv olmayacağını elan edəsən? Danışıqlardan əvvəl necə deyə bilərsən ki, Ukrayna 2014-cü il sərhədlərinə malik olmayacaq, indi isə artıq 2022-ci il sərhədlərindən danışırlar? Burada belə bir sual yaranır: əgər danışıqlar zamanı sövdələşə biləcəyiniz bir çox şeyi artıq təhvil vermisənsə, lənət şeytana, niyə danışıqlar masası arxasında oturursan? Sən daha nəyi [Putinə] danışıqlar zamanı təklif etməyə hazırlaşırsan? Bu, ən qorxuncudur”.

Boris Pinkus qeyd edib ki, Respublikaçılar Partiyasının daxilində baş verənləri nəzərə almaqla Konqresdə böyük təsirə malik olan bir çox Reyqan respublikaçıları ilə daim əlaqə saxlayırlar. 

“Belə qənaətə gəlirik ki, Tramp divara sıxışdırılıb. Ona başa salırlar ki, bundan sonra belə siyasət hər yerdə bizim təsirimizi itirməyə gətirib çıxaracaq... Çini unutmalı olacağıq”. 

Qeyd edək ki, prezident seçkilərində Boruis Pinkus indiki prezidentin namizədliyini dəstəkləyirdi. Çox qısa müddət ərzində xəyal qırıqlığına uğrayan politoloq hazırda Trampın Zelenskidən üzr istəməsini tələb edir.

Xatirə SADİQ