Belqradda Maydan hadisələri təkrarlanıb? – Vuçiçdən iddia
Serbiya prezidenti Aleksandr Vuçiç ölkəsində Ukraynadakı Maydanı hadisələrinin təkrarlanmasına imkan verməyəcəyini bəyan edib.
SAVASHMEDİA.az xəbər verir ki, “İnstaqram”da yerləşdirdiyi videomüraciətində o, bildirib ki, Serbiyanı belə ssenarilərdən müdafiə etməyə hazırdır.
Vucic etirazların təşkilatçılarını onun haqqında yalan danışmaqda ittiham edib: “Mən sabitliyi və sülhü pozmaq cəhdlərinə baxmayaraq, serb dövlətinin Serbiyada sabitliyi və sülhü qoruyub saxlaması ilə çox qürur duyuram”.
Serbiya prezidenti deyib ki, 15 mart aksiyaları zamanı təşkilatçılar bütün media vasitələrində antiserb tonunda danışıblar. Onlar internetin bağlanacağını, sosial şəbəkələrin olmayacağını iddia ediblər, ən böyük yalanı isə səsli top məsələsində söyləyiblər.
“Serb ordusunda səsli top yoxdur”, - deyə Vuçiç vurğulayıb.
O, bu cür hərəkətlərin Maydanda törədildiyini və Viktor Yanukoviçin insanlara atəş açan snayperləri gətirməsi ilə bağlı ittihamları xatırladıb.
“Onlar burada da belə qışqırmağa başladılar: “Vuçiç, sən öz xalqına atəş açmısan”. Orada yaralılar yox idi, heç kimlə heç nə baş vermədi, amma onlara nəsə uydurmaq lazım idi. Siz Serbiyanı məhv edə biləcəyinizi düşünərək daha bir qəddar yalan uydurmusunuz. İstintaq 48 saat ərzində tam şəkildə yekunlaşacaq və bu cür kobud uydurma və yalanlarda günahkar olanların hamısı məsuliyyətə cəlb cəlb olunacaq və məhkəmə qarşısında dayanacaq. Serbiyanın məhv edilməsi ilə bağlı həddən artıq zarafatlar və oyunlar olub. Biz Serbiyanı müdafiə edəcəyik. Serbiya qalib gələcək”, - deyə Serbiya prezidenti vurğulayıb.
Xatirə SADİQ