Ermənilər mövqelərimizi yenə atəşə tutdu

Ermənistan silahlı qüvvələri mövqelərimizi bir neçə dəfə atəşə tutub.

Mar 17, 2025 - 23:41
Ermənilər mövqelərimizi yenə atəşə tutdu

Bu barədə SAVASHMEDİA.az-a Müdafiə Nazirliyindən bildirilib.

Belə ki, martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.