Meloni Ərdoğana zəng edib elə bir xahiş etdi ki... - "O yanımda oturmasın" + FOTOLAR

ABŞ Prezidenti Donald Trampla İtaliyanın Baş naziri Ciorcia Meloni arasındakı gərginlik NATO Zirvəsinə də damğa vurub.

Jul 8, 2026 - 14:30
Meloni Ərdoğana zəng edib elə bir xahiş etdi ki... - "O yanımda oturmasın" + FOTOLAR

SAVASHMEDİA.az İtaliyanın “Corriere della Sera” qəzetinə istinadla xəbər verir ki, Ciorcia Meloni Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan Trampla bağlı xahiş edib.

Məlumata görə Meloni Ərdoğana zəng edərək sammitdə liderlərin dayanacaqları və əyləşəcəkləri yerlər planlaşdırılarkən onu Trampla heç cür yan-yana gətirməmələrini xahiş edib. Meloni bu xahişini ABŞ Prezidenti Donald Trampla üz-üzə gəlməyin yarada biləcəyi gərginlik və mümkün yeni mübahisə görüntüsünün qarşısını almaq istəməsi ilə əlaqələndirib.

NATO Zirvəsindəki rəsmi ailə fotosessiyası zamanı Meloninin Trampdan xeyli uzaq dayanması onun xahişinin yerinə yetirilməsi kimi qiymətləndirilib. Sözügedən fotoda diqqət çəkən məqamlardan biri də Meloninin Trampın son zamanlar İran məsələsi ilə bağlı gərginlik yaşadığı İspaniya Baş naziri Pedro Sançeslə yan-yana dayanması olub. 

Xatırladaq ki, Donald Tramp bir müddət əvvəl Meloninin onunla şəkil çəkdirə bilmək üçün yalvardığını bildirib. Meloni isə belə bir halın yaşanmadığını, Trampın bunu özündən uydurduğunu açıqlayıb.  Tərəflər arasındakı gərginlik Trampın Meloni ilə çəkdirdiyi şəklini paylaşaraq "Onun mənə yaxınlaşmaması üçün məhkəmə qərarına ehtiyac var” yazmasından sonra pik həddə çatıb.

Banu