"Onlarla heç bir iş görmək istəmirəm" - Tramp şikayətləndi

ABŞ Prezidenti Donald Tramp Türkiyədə keçirilən NATO zirvəsi çərçivəsində hərbi alyansın Baş katibi Mark Rutte ilə görüşüb.

Jul 8, 2026 - 15:09
"Onlarla heç bir iş görmək istəmirəm" - Tramp şikayətləndi

SAVASHMEDİA.az xəbər verir ki, D.Tramp görüşdə İspaniya ilə bağlı sərt açıqlama verib.

Tramp bildirib ki, artıq İspaniyadan heç bir ümidi yoxdur:

“İspaniya ilə bağlı ümid yoxdur. NATO-da da pis tərəfdaşdır. Onlarla heç bir iş görmək istəmirəm. Artıq onları çiynimizdə də daşımamalıyıq. İspaniyadan çox narazıyam. Tezliklə İspaniya ilə ticarəti dayandıracağam. Danışıqlar da aparmayacağam, çünki hər kəs əlindən gələni edir, ancaq İspaniya pul belə ödəmir. Bilirəm deyəcəklər ki, bizimlə ticarət etmək istəyirlər, onlar üçün ticarət yollarını açaq. Ancaq biz onlarla heç bir şəkildə ticarət etməyəcəyik. Çünki İspaniya bizə qarşı ədalətli davranmadı”.

Xatırladaq ki, ABŞ-İran müharibəsi başlayandan Vaşinqton-Madrid münasibətləri gərginləşib. Tramp dəfələrlə İspaniyanı ABŞ-yə dəstək olmağa çağırıb. Lakin İspaniya Baş naziri Pedro Sançez hər dəfə Trampın dəstək çağırışlarını sərt şəkildə rədd edib.

Banu