İcra başçısının bazar görüntüləri tənqid olundu - Bu nə danışıq tərzidir? + VİDEO

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun yerli bazara səfəri sosial şəbəkələrdə müzakirələrə yol açıb.

Nov 22, 2026 - 23:22
İcra başçısının bazar görüntüləri tənqid olundu - Bu nə danışıq tərzidir? + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, icra başçısının bazarda satıcılarla söhbətini əks etdirən görüntülər istifadəçilərin tənqidinə səbəb olub.

Kadrlarda Seymur Orucovun bəzi satıcılara müraciət forması da diqqətdən yayınmayıb. Xüsusilə, tanımadığı şəxslərə qeyri-rəsmi şəkildə, "sən" deyə müraciət etməsi sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.

Bəzi istifadəçilər icra başçısının ünsiyyət tərzini tənqid edərək, vəzifəli şəxsin vətəndaşlarla daha nəzakətli və səmimi davranmalı olduğunu vurğulayıblar.

Oğuz

Həmin videonu təqdim edirik: