Pul töküb əməliyyatla göz rəngini dəyişdirənlərə PİS XƏBƏR
“Göz rəngini mavi etmək üçün həyata keçirilən kosmetik əməliyyatlar ciddi fəsadlara, hətta görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu oftalmoloq Vasili İvaşkov bildirib.
Onun sözlərinə görə, Türkiyə, Hindistan və Latın Amerikasındakı bəzi klinikalar 30–45 dəqiqə ərzində göz rəngini dəyişdirməyi təklif edir. Bunun üçün silikon implant, lazer və buynuz qişanın rənglənməsi üsullarından istifadə olunur.
Həkim ən təhlükəli üsulun qüzehli qişaya silikon implant yerləşdirilməsi olduğunu bildirib. Bu zaman implantın göz toxumasına sürtünməsi iltihaba, piqmentin göz daxilindəki maye axınının bağlamasına və göz təzyiqinin yüksəlməsinə səbəb ola bilər.
İvaşkov qeyd edib ki, bu prosedurdan keçən pasiyentlərin təxminən yarısında ikincili qlaukoma, üçdə birində isə buynuz qişanın zədələnməsi inkişaf edir. İmplantların əksəriyyətinin sonradan çıxarılması tələb olunur.
Həkim bildirib ki, lazerlə göz rənginin açılması da təhlükəsiz hesab edilmir. Bu üsul zamanı piqment hüceyrələri məhv edilir, lakin onların qalıqları göz daxilində mayenin axmasına mane olaraq qlaukoma yarada bilər.
İvaşkov buynuz qişanın tatuajı adlandırılan kerato-piqmentasiyanın risklərindən də danışıb.
Onun sözlərinə görə, bu prosedurdan sonra gözlərin işığa həssaslığı arta, boya rəngini dəyişə, görmə sahəsi darala bilər. Bundan başqa, rənglənmiş buynuz qişa digər göz xəstəliklərinin vaxtında aşkarlanmasını çətinləşdirir.
Xatırladaq ki, Azərbaycanda bu əməliyyatın qiyməti 9 min manatdan başlayır. Seşilən rəngdən asılı olaraq qiymət 1000-2000 manat arta bilər.
Banu