Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı
İraqın milli aviaşirkəti “Iraqi Airways” ölkənin sabiq prezidenti Səddam Hüseynin istifadə etdiyi təyyarəni satışa çıxarıb.
SAVASHMEDİA.az bu barədə İraqın “Ammon News” agentliyi istinadən xəbər verir.
Məlumata görə, satışa çıxarılan təyyarə “Boeing B747-SP” modelidir. 2023-cü ildə də təyyarəni 494 min dollara satmağa cəhd edilib.
“Iraqi Airways”dən bildirilib ki, təyyarə təxminən 35 ildir Tunisdəki Tozer-Nefta hava limanında saxlanılır. Hava gəmisi Birinci Körfəz müharibəsi dövründən bəri oradadır. İraq indiyədək onu geri qaytara bilməyib.
Qeyd edək ki, Səddam Hüseyn 35 il İraqa rəhbərlik edib. 2003-cü ildə devrilən sabiq prezident 2006-cı ildə edam olunub.
Banu