Kanadanın Baş naziri Trampı BELƏ YAMSILADI - Zaldakılar qəhqəhəyə boğuldu + VİDEO
Kanadanın Baş naziri Mark Karni Donald Trampı parodiya edən aktyorla birgə ABŞ Prezidentini təqlid edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu, Ottavada Parlament Mətbuat Qalereyasının ənənəvi illik şam yeməyi zamanı baş verib.
Görünüşcə özünü Trampa bənzədən aktyor zala daxil olan kimi ABŞ Prezidentinin ənənəvi rəqsini parodiya edib. Səhnəyə qalxaraq Kanada Baş naziri ilə Trampın məşhur salamlaşma tərzində əl sıxışıb və onu özünə tərəf çəkib.
Aktyor daha sonra Trampın əvvəllər Kanadanı ABŞ-nin 51-ci ştatı, Baş nazir Mark Karnini isə Kanadanın qubernatoru adlandırmasına işarə edərək deyib:
“Onu Mark adlandırıram. Üzünə baxıb ona qubernator demirəm, çünki qorxağam. Amma sövdələşmə möhtəşəm olacaq! Bunun qarşısındakı yeganə maneə isə mən özüməm, çünki bir qədər dəliyəm”.
Aktyorun Trampı təqlid etdiyi anlar Mark Karninin gülüşünə səbəb olub.
Banu
Bu gönderiyi Instagram'da gör