Pezeşkian müsəlmanları birliyə çağırdı

“İstər İran daxilində, istərsə də İslam ölkələri arasında parçalanma yaratmamalıyıq”.

Aug 25, 2025 - 11:49
Pezeşkian müsəlmanları birliyə çağırdı

SAVASHMEDİA.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

Prezident İranda bəzi qüvvələrin həm daxildə, həm də müsəlman ölkələri arasında parçalanma yaratmalarına diqqət çəkib.

“Biz bütün qonşularımızla qardaşıq, qohumuq. Bizi imperialistlər, tiranlar parçalayıb bu günə salıblar. Müsəlmanlar düşmənə qarşı birləşməlidirlər. Hamımız əl-ələ verməliyik. İstər ölkə daxilində, istərsə də İslam ölkələri arasında parçalanma yaratmamalıyıq, bu, İsrailə xidmətdir. Biz bir olsaq, heç kim müsəlmanlara mənfi gözlə baxmağa cürət etməz. Bunun üçün çalışıb əl-ələ verməliyik”, - Pezeşkian bildirib.

Aytən İbrahimova