Putin tatar liderlə türkcə salamlaşdı - "Əsənmisiz?" + VİDEO
Rusiya Prezidenti Vladimir Putin Kremldə Tatarıstan Respublikasının rəhbəri Rüstəm Minnixanovu qəbul edib.
SAVASHMEDİA.az xəbər verir ki, Putin görüşə başlayarkən "İсенмесез” (İsenmesez) deyərək R. Minnixanovla tatar dilində salamlaşıb.
Rüstəm Minnixanov da Rusiya Prezidentinə eyni ifadə ilə cavab verib.
Qeyd edək ki, “İsenmesez” və ya “Esenmesez” tatarcada "Əsənliklər", "Salam, necəsiniz?” anlamına gəlir və nəzakətli salamlaşma forması kimi qəbul olunur.
Xatırladaq ki, Tatar dili Türk dilləri ailəsinin Qıpçaq qrupunun Volqaboyu-qıpçaq (və ya Şimali Qıpçaq) yarımqrupuna aiddir.
Banu
Bu gönderiyi Instagram'da gör