"Sumqayıt" "İmişli" ilə heç-heçə etdi

Misli Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Nov 8, 2026 - 17:20
"Sumqayıt" "İmişli" ilə heç-heçə etdi

SAVASHMEDİA.az-ın məlumatına görə, günün ilk matçında "İmişli" "Sumqayıt"ı qəbul edib.

Yevlax şəhər stadionundakı qarşılaşma qolsuz yekunlaşıb.

Meydan sahibləri 11 xalla səkkizinci, "gənclik şəhəri" təmsilçisi 10 xalla doqquzuncu pillədə qərarlaşıb.

Tura "Sabah" - "Şamaxı" görüşü ilə yekun vurulacaq. Oyun saat 17:30-da başlayacaq.

Peşəkar Futbol Liqasının qərarı ilə XI tur "Zəfər turu" adlanıb.

Xatırladaq ki, turun əvvəli oyunlarında "Turan Tovuz" "Qarabağ"ı, "Neftçi" "Kəpəz"i (hər ikisi 1:0), "Zirə" "Qəbələ"ni (2:1) məğlub edib. "Şəfa" - "Araz-Naxçıvan" oyununda isə qalib müəyyənləşməyib - 2:2.