"Bu gün mənim üçün savaşacaqsınız, yalnız QƏLƏBƏ" - Berdiyev futbolçulara ŞƏRT QOYDU

Misli Premyer Liqasının 4-cü turu çərçivəsində keçiriləcək “Turan Tovuz” - “Sumqayıt” qarşılaşması öncəsi Tovuz təmsilçisinin düşərgəsində gərgin anlar yaşanıb. 

Sep 6, 2026 - 17:35
"Bu gün mənim üçün savaşacaqsınız, yalnız QƏLƏBƏ" - Berdiyev futbolçulara ŞƏRT QOYDU

SAVASHMEDİA.az xəbər verir ki, dəqiqələr sonra start götürəcək matç təkcə komandanın turnir cədvəlindəki mövqeyi üçün deyil, baş məşqçi Kurban Berdiyevin gələcək taleyi baxımından da həlledici xarakter daşıyır.

Ötən turda Gəncədə "Kəpəz"ə gözlənilməz məğlubiyyətdən sonra komandanın təcrübəli baş məşqçisi Kurban Berdiyev ciddi təzyiqlərlə üz-üzə qalıb. Məğlubiyyətin ardından həm stadionun ətrafında toplaşan azarkeşlər, həm də sosial şəbəkə istifadəçiləri mütəxəssisin istefasını tələb ediblər. 

Gəncədəki uğursuzluqdan sonra azarkeşlərin sərt reaksiyası klub daxilində də vəziyyəti gərginləşdirib.

Odur ki, "Sumqayıt"la qarşılaşmadan az öncə təcrübəli mütəxəssis gərginliyi aradan qaldırmaq və komandanı motivasiya etmək üçün futbolçuları ilə ciddi və emosional söhbət aparıb. 

Berdiyev futbolçularından bu gün hökmən qalib gəlmələrini tələb edib.

Onun futbolçularla təxminən aşağıdakı məzmunda söhbət etdiyi bildirilir: 

"Bu gün qalib gəlməliyik, mən sizdən bunu tələb edirəm. Bu gün meydanda həm də mənim üçün mübarizə aparacaqsınız. Unutmayın, bugünkü oyunun nəticəsindən çox şey asılıdır".

Oğuz