Həmvətənlərimiz “Qarabağ”ı İngiltərədə belə qarşıladı - VİDEO

UEFA Çempionlar Liqasının liqa mərhələsində "Liverpul"la qarşılaşmaq üçün İngiltərəyə yola düşən "Qarabağ" orada yaşayan həmyerlilərimiz tərəfindən böyük səmimiyyətlə qarşılanıb.

Jan 26, 2026 - 23:45
Həmvətənlərimiz “Qarabağ”ı İngiltərədə belə qarşıladı - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "İdman Azərbaycan" Televiziyasının instaqram səhifəsində görüntülər yayılıb.

Görüntülərdə azarkeşlərin komandaya və baş məşqçi Qurban Qurbanova olan mənəvi dəstəyi, eləcə də mehriban qarşılanma anları əks olunub.

Xatırladaq ki, "Liverpul" - "Qarabağ" matçı yanvarın 29-u saat 00:00-da məşhur "Enfild Roud" stadionunda baş tutacaq. Qarşılaşmanı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edəcək.