Rusiya niyə Türk Dövlətləri Təşkilatında olmalıdır? - Tokayev səbəbi açıqladı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyanın Türk Dövlətləri Təşkilatına (TDT) üzv və ya müşahidəçi qismində qoşulmasını təklif edib.

Oct 30, 2026 - 17:38
Rusiya niyə Türk Dövlətləri Təşkilatında olmalıdır? - Tokayev səbəbi açıqladı

SAVASHMEDİA.az xəbər verir ki, Tokayev bu təkliflə oktyabrın 30-da Ankarada keçirilən TDT-nin 13-cü Zirvə görüşündə çıxış edib.

Qazaxıstan lideri təşəbbüsünü Rusiyanın türk dünyası ilə tarixi əlaqələri və ölkə ərazisində çoxsaylı türk xalqlarının yaşaması ilə əsaslandırıb.

“Böyük dövlət kimi Rusiya əsrlər boyu türk dünyası ilə sıx əlaqələr saxlayıb. Tarixən onun ərazisində çoxsaylı türk xalqları yaşayıb”, - Tokayev bildirib.

O, həmçinin Rusiyanın “Altay - türk sivilizasiyasının qızıl beşiyi” layihəsini irəli sürdüyünü və Qazaxıstanın bu təşəbbüsü dəstəklədiyini qeyd edib. Tokayev rus dilində türk mənşəli çoxsaylı sözlərin olduğunu da vurğulayıb.

Prezident hesab edir ki, Rusiyanın TDT-yə qoşulması və ya müşahidəçi statusu alması təşkilatın beynəlxalq nüfuzunu artıra və üzv ölkələr üçün faydalı ola bilər.

Bununla yanaşı, Tokayev TDT-nin hərbi ittifaqa çevrilməməli olduğunu bildirib.

Qeyd edək ki, hazırda TDT-nin beş üzvü var: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan. Təşkilatda Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası müşahidəçi statusuna malikdir. 

Oğuz