"Fənərbaxça" Genduziyə 28 milyon avro ödədiyinə peşmandır - Qışda yola salınacaq
”Fənərbaxça” fransalı yarımmüdafiəçisi Matteo Genduzi ilə yollarını ayıracaq”.
SAVASHMEDİA.az xəbər verir ki, bu iddia ilə Türkiyə mətbuatı çıxış edib.
Mətbuatın yazdığına görə, “Fənərbaxça” rəhbərliyi 27 yaşlı futbolçunun bu mövsümkü çıxışından razı deyil və qış transfer pəncərəsində onun komandadan göndərilməsi variantını nəzərdən keçirir.
Rəhbərlik təklif daxil olacağı təqdirdə Genduzinin transferinə mane olmayacaq. Klubun danışıqlarda güzəştə getməyə hazır olduğu da qeyd edilir.
Nəşrin iddiasını gücləndirən detallardan biri də “Fənərbaxça”nın prezidenti Aziz Yıldırımın bir müddət əvvəl Genduzinin göndərilməsi məsələsi ilə bağlı verdiyi açıqlamadır.
Belə ki, A. Yıldırım həmin açıqlamada Genduzi ilə Nqolo Kantenin komandadan göndərilməsinin asan olmadığını bildirmişdi. “Genduzi üçün 50 milyon avro, Kante üçün isə 60 milyon avro təzminat ödənilməli olduğu halda yolları necə ayıracağıq? “ sualını vermişdi.
Xatırladaq ki, “Fənərbaxça” 2026-cı ilin yanvarında transfer etdiyi Matteo Genduzi üçün İtaliyanın “Latsio” klubuna 27,3 milyon avro ödəyib. Onun İstanbul təmsilçisi ilə müqaviləsi 2030-cu il iyunun 30-da bitəcək. Genduzi bu mövsüm 17 qarşılaşmada meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Banu