Firəngiz Mütəllimova ailə qurmamasının səbəbindən DANIŞDI
Xalq artisti Firəngiz Mütəllimova ailə qurmamasının səbəbini açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, məşhur aktrisa bunu inamsızlıqla əlaqələndirib.
Aktrisa bildirib ki, ailə qurmaq üçün ona yaxınlaşmaq istəyənlərin hamısının onu yox, ona məşhirluq qazandıran obrazı - Gülnarı sevdiyini düşünüb:
“Gənc qız idim. Ailə həyatı qura bilmədim. Çünki elə düşünürdüm ki, hamı məni yox, “Səni axtarıram” tamaşasında canlandırdığım Gülnarı sevir”.
F. Mütəllimova qeyd edib ki, onda qarşı tərəfə, hətta qohumlarına da inamsızlıq yaranıb:
“İnsanlardan uzaqlaşdım, inamım da azaldı. Qohumlarımdan da uzaqlaşdım. Dedim ki, bunların da hamısı Gülnarı sevir.
O vaxt teatrda yeşiklərlə məktub alırdım. Həmin dövrdə mobil telefon yox idi. Məktublar, əlində güllə dayanıb gözləyənlər var idi”.
Aktrisa peşman olmadığını, taleyi ilə barışdığını diqqətə çatdırıb:
“Peşman deyiləm, o mənim alın yazım idi. Taleyim, qismətim idi”.
Banu