"Si Cinpin mənə söz verib, o dedi ki..." - Tramp
ABŞ prezidenti Donald Tramp Çin rəhbəri Si Cinpinlə keçmişdə apardığı danışıqlarla bağlı maraqlı açıqlama verib.
Onun sözlərinə görə, Çin lideri hakimiyyəti dövründə Tayvana qarşı hərbi addım atmayacağına dair şəxsən ona söz verib.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp çıxışında Si Cinpinlə söhbətini xatırlayıb:
"O, mənə dedi ki, sizin prezidentliyiniz dövründə mən bunu heç vaxt etməyəcəyəm. Mən də bunu yüksək qiymətləndirdiyimi dedim. O, əlavə olaraq vurğuladı ki, özü də, ölkəsi də çox səbirlidir’”.
Tramp qeyd edib ki, onun dövründə ABŞ-Çin münasibətləri gərgin olsa da, o, Si Cinpinlə şəxsi dialoq qurmağı bacarıb və bunun nəticəsində Pekinin Tayvan məsələsində ehtiyatlı davrandığını düşünür.
Xatırladaq ki, Tayvan məsələsi uzun illərdir ABŞ və Çin arasında ən ciddi geosiyasi gərginlik mövzularından biridir. Pekin Tayvanı öz ərazisi hesab edir və zəruri olduğu halda adanı “yenidən birləşdirmək” üçün güc tətbiqini istisna etmir. Vaşinqton isə rəsmi olaraq “bir Çin” siyasətini dəstəkləsə də, Tayvana silah satışını davam etdirir və adaya siyasi dəstək verir.