Eyni gündə, eyni saatda iki fərqli kubok matçına çıxacaq – Futbolda KURYOZ
Şotlandiyanın “Conston Borq” futbol klubu noyabrın 21-də iki kubok oyununda iştirak edəcək.
SAVASHMEDİA.az klubun yaydığı açıqlamaya istinadən xəbər verir ki, “Conston Borq” yerli vaxtla saat 14:30-da (Bakı vaxtı ilə 18:30) Şotlandiya İcmaları Kuboku çərçivəsində “Teyport”la, saat 15:00-da (Bakı vaxtı ilə 19:00) isə Louland Liqa Kubokunda “Danipas”la qarşılaşacaq.
Klub rəhbərliyi oyunların təqvimi ilə bağlı aidiyyəti şəxslərlə danışıqlar aparıldığını və qarşılaşmaların başqa tarixə keçirilməsini təklif etdiyini bildirib. Bundan əlavə, yaranmış vəziyyətin mümkün mənfi təsirlərini kompensasiya etmək məqsədilə bilet satışından əldə edilən gəlirdəki payından imtina etməyə də hazır olduğunu qeyd edib. Lakin bu təşəbbüslərə baxmayaraq, oyunların vaxtında və ya tarixində dəyişiklik edilməyib. Nəticədə “Conston Borq” noyabrın 21-də hər iki qarşılaşmaya ayrı-ayrı heyətlərlə çıxacaq.
Banu