Elvin "Qarabağ"dan qisas alır? - Məğlubiyyətdən dərhal sonra bunu paylaşdı + FOTO
"Qarabağ"-ın əsas heyətindən uzaqlaşdırılan Elvin Cəfərquliyev komandasının "Sabah"a bugünkü məğlubiyyətindən sonra maraqlı paylaşım edib.
SAVASHMEDİA.az xəbər verir ki, futbolçu "Qarabağ"ın məğlubiyyətindən dərhal sonra “Instagram” hesabında idman zalında çəkilmiş fotosunu paylaşıb.
Bu paylaşım azarkeşlər və futbol ictimaiyyəti tərəfindən müxtəlif cür şərh olunub və bəziləri bunu ironik mesaj kimi qiymətləndirib.
Xatırladaq ki, futbolçunun baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərildiyi iddiaları yayılıb. Həmçinin onun satış siyahısına daxil edildiyi barədə xəbərlər də gündəmə gəlib.
Rəsmi mənbələr tərəfindən bu iddialar hələlik təsdiqlənməsə də, futbolçunun son paylaşımı və komandadakı vəziyyəti ətrafında yaranan müzakirələr bu ehtimalı daha da qüvvətləndirib. Hazırda həm klub rəhbərliyi, həm də futbolçunun gələcək karyerası ilə bağlı vəziyyət maraqla izlənilir.
Oğuz