Azərbaycan bu epizoddan danışır - Penalti idi? + VİDEO
Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununda dramatik anlar yaşanıb.
SAVASHMEDİA.az xatırladır ki, “Sabah” doğma meydanda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etsə də, matçdan sonra əsas müzakirə mövzusu hesab yox, hakim qərarları olub.
Final fitindən dərhal sonra meydanda gərginlik pik həddə çatıb. Qonaq komanda oyunun son dəqiqələrində Kamilo Duranın cərimə meydançasına endirdiyi zərbənin “Sabah”ın futbolçusu Velko Simiçin əlinə dəydiyini iddia edərək penalti tələb edib. Lakin baş hakim epizodu davam etdirdiyi üçün Ağdam təmsilçisinin oyunçuları buna sərt şəkildə etiraz ediblər.
Həmin epizodu təqdim edirik: