Sergen Yalçın "Beşiktaş"ın yeni baş məşqçisi oldu

"Beşiktaş" yeni baş məşqçisi kimi Sergen Yalçınla anlaşıb.

Aug 30, 2025 - 17:07
Sergen Yalçın "Beşiktaş"ın yeni baş məşqçisi oldu

SAVASHMEDİA.az xəbər verir ki, 52 yaşlı türkiyəli mütəxəssis "qara qartallar"la 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalayıb.

"Beşiktaş" Konfrans Liqasının pley-off mərhələsində "Lozan"la matçda (1:1, 0:1) məğlubiyyətdən sonra baş məşqçi Ole Qunnar Sulşeri vəzifəsindən azad etmişdi.

Qeyd edək ki, Yalçın 2020/21 mövsümündə "Beşiktaş"ı çalışdıraraq komandaya həm Türkiyə çempionluğunu, həm də Kubokunu qazandırmışdı. Onun sonuncu iş yeri "Antalyaspor" olub.

Aytən