Trampın ölüm xəbəri yayıldı - Vensdən müəmmalı açıqlama

Ağ Ev ABŞ prezidenti Donald Trampın vəfat etməsi ilə bağlı xəbərləri təkzib edib və dövlət başçısının tam sağlam olduğunu qeyd edib. 

Aug 30, 2025 - 17:28
Aug 30, 2025 - 17:56
Trampın ölüm xəbəri yayıldı - Vensdən müəmmalı açıqlama

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Axios" portalı administrasiyadakı mənbəyə istinadən xəbər verir .

"ABŞ prezidentinin səhhətində heç bir problem yoxdur, o, tam qaydasındadır və bu səhər qolf oynamağa gedəcək", - portal anonim mənbədən sitat gətirir.

Bundan əvvəl sosial şəbəkələrdə Trampın ölümü ilə bağlı şayiələr yayılmağa başlayıb. Bu, dövlət başçısının son günlər sosial şəbəkələrdə olmaması, həmçinin hər iki əlində qançır izləri olan  fotolarla əsaslandırıblar.

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin açıqlaması isə daha böyük maraq doğurub. O, Donald Trampın başına bir iş gələrsə, ölkənin prezidenti vəzifəsini icra etməyə hazır olduğunu bəyan edib.

Vens bu barədə "USA Today"ə müsahibəsində deyib.

"Bəli, bəzən dəhşətli hadisələr baş verir. Amma mən əminəm ki, ABŞ prezidenti yaxşı formadadır, müddətini sona qədər başa vuracaq və Amerika xalqı üçün böyük işlər görəcək. Əgər faciəvi hadisə baş versə, son 200 gündə qazandığım təcrübədən daha yaxşı hazırlıq təsəvvür edə bilmirəm", - Vens qeyd edib.

İyulun 17-də Ağ Evin mətbuat katibi Caroline Levitt bildirib ki, həkimlər ABŞ prezidentində xroniki venoz çatışmazlıq aşkar ediblər. O, prezidentin ayaqlarının aşağı hissəsində şişkinlik və əlinin arxasında kiçik qançırlar olduğunu, bunun da tez-tez əl sıxması və aspirin qəbulu nəticəsində yumşaq toxumaların qıcıqlanması ilə bağlı olduğunu izah edib.

Oğuz

Mənbə: https://lenta.ru/news/2025/08/30/v-belom-dome-otreagirovali-na-sluhi-ob-uhode-trampa-iz-zhizni/